AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Abidələr

Şuşa (işğala qədər)

Şuşa (işğala qədər)

Xəritələr

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

 
Ross Uilson: “Ermənistan və Azərbaycan arasında nizamlanma olmasa, regionda sülhməramlı, yaradıcı layihə və planları sona çatdırmaq asan olmayacaq”
29.07.2010, 12:52

ABŞ-ın Türkiyə və Azərbaycandakı keçmiş səfiri, Vaşinqtondakı Atlantika Şurası Avrasiya Mərkəzinin direktoru Ross Uilson (Ross Wilson) Konqresi Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə çağırıb. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, cənab Uilson bunu “Türkiyənin yeni xarici siyasət istiqaməti: ABŞ-Türkiyə münasibətlərinə təsiri” mövzusunda iyulun 28-də ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib. Dinləmələrə qondarma “erməni soyqırımı” qətnaməsini dəstəkləyən Hovard Berman sədrlik edib.

R. Uilson Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına və Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, Ermənistan və Azərbaycan arasında nizamlanma olmasa, regionda sülhməramlı, yaradıcı layihə və planları sona çatdırmaq asan olmayacaq: “Təəssüf ki, Ermənistan və Türkiyə liderləri bildiriblər ki, hazırda onlar münasibətlərin normallaşması və sərhədlərin açılmasını nəzərdə tutan protokolları ratifikasiya edə bilməzlər. Məncə, onların hələ də Dağlıq Qarabağ münaqişəsinin və türklərlə ermənilər arasında problemlərin həlli üçün lazım olan etimadı yaratmaq imkanları var”.

Keçmiş səfir qeyd edib ki, Cənubi Qafqaz qeyri-sabit və kövrək regiondur. Onun sözlərinə görə, 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi Türkiyə və Ermənistan arasında barışığa təkan verib: “Rusiyanın Gürcüstana müdaxiləsindən bir ay sonra prezident Sarkisyanla prezident Gülün İrəvanda görüşündən belə bir rəmzi ifadə doğurdu ki, “Bizim Qafqazın gələcəyi haqqında təsəvvürlərimiz var və indi Gürcüstanda baş verənlərin bura dəxli yoxdur. Bizi öz aramızda mövcud olan daha mürəkkəb məsələlər düşündürür və biz onların həllinə çalışırıq”.

Təəssüf ki, hər iki tərəf belə bir nəticəyə gəldi ki, hazırda daha irəliyə getmək imkanları yoxdur”. ABŞ və Türkiyə arasında qısamüddətli maraqlar haqqında danışan cənab Uilson Kipr, Yunanıstan, Balkanlar və Qara dənizlə yanaşı, ABŞ-Türkiyə münasibətlərinin gündəmində olan enerji, terrorizm, Əfqanıstan və Pakistan kimi məsələlərə də toxunub: “Zənnimcə bunu demək kifayət edər ki, bu məsələlərlə bağlı məqsədlərimiz eynidir. Düzdür, baxışlarda müxtəliflik var, amma ABŞ və Türkiyə bu sahədə yaxşı əməkdaşlıq edir”. Dinləmələr zamanı Konqres üzvlərini narahat edən məsələlərdən biri də Türkiyə xarici siyasətinin müxtəlif istiqamətləri, xüsusilə də İran və İsraillə bağlı tərəfləri olub.

 



   

Oxunub: 135     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
23.12.2011
 Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır – Türkiyə Prezidenti
16.12.2011
 Hulusi Kılıç: Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100