karabakhblog.com - http://karabakhblog.com
Əhməd Davudoğlu: «Azərbaycan gücləndikcə biz özümüzü güclü hiss edirik»
http://karabakhblog.com/articles/1157/1/
Dərc olunub 30.07.2010, 17:50
 
Qarabağ separatçılarının rəhbəri: «Heç bir muxtariyyatdan söhbət gedə bilməz»

Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Dağlıq Qarabağın Azərbaycanın tərkbinidə istənilən geniş muxtariyyat statusu almasına razılıq verməyəcəklərini iddia edib.  Milli.Az xəbər portalının «İnterfaks»a istinadən verdiyi məlumata görə, baş separatçı problemin yalnız «Dağlıq Qarabağın müstəqilliyinin tanınması şərti ilə həll olunmasının mümkünlüyünü» söyləyib.

 


Bodrumda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan xarici işlər nazirləri Əhməd Davudoğlu, Elmar Məmmədyarov, Kanat Saudabayev və Ruslan Kazakbayev arasında qeyri-rəsmi görüş keçirilib.

 

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, türkdilli ölkələrin xarici işlər nazirləri ilə Bodrumda bir araya gəlməkdən duyduğu məmnuniyyəti dilə gətirərək, «Bodrumda olmağımızın əsas səbəbi, dostlarımız, qardaşlarımız ilə bir araya gəlməkdir. Əsas hədəf belə dostcasına bir arada olmaqdır», söyləyib.

 

Ə. Davudoğlu bu il daimi olaraq bir Türk Dünyası Şurası Katibliyinin İstanbulda yaradılacağını bildirərək, «Katiblik yaradılanda dində, dildə və mədəniyyətdə bərabərlikdən əlavə bir də əməldə birlik olacaq və inşallah tək bir səs halında bütün mövzularda mövqe göstərəcəyik. Eyni dili, eyni dini bölüşürük. Biz qardaş ölkələrik. Dildə və dində olduğu kimi iş həyatında da birlikdə olacağıq», - deyə bildirib.

 

Nazir çıxışının davamında deyib: «Qazaxıstan bu il ATƏT-in sədridir. Bu sadəcə Qazaxıstanın şərəfi deyil, bizim şərəfimiz, Azərbaycanın şərəfi, Qırğızıstan, Özbəkistan, bütün ortaq mədəniyyətə sahib olan ölkələrin şərəfi, uğurudur. Onların uğuru, bizim uğurumuzdur. Onların problemləri, bizim problemlərimizdir. Azərbaycan gücləndikcə biz özümüzü güclü hiss edirik. Tanrı dağlarından Bəy dağlarına qədər, Toroslara qədər biz eyni coğrafiyada, eyni məkanda yaşayırıq. Daha da təşkilatlanacağıq inşallah».

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Əhməd Davudoğlu ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdiklərini bildirib: “Azərbaycan və Ermənistan arasında müharibə şəraiti davam edir. Türkiyənin beynəlxalq etibarı güclüdür. Bu səbəbdən Qarabağ probleminin həllində Əhməd bəyin cox faydalı səylərinin olacağına inanıram”.