AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Xəritələr

Şuşa bu gün

Şuşa (işğala qədər)

Şuşa bu gün

Şuşa (işğala qədər)

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

 
“Bakı münaqişənin həllində yenilənmiş Madrid prinsiplərini əsas tutur”
30.07.2010, 17:06

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sosialist İnternasionalın baş katibi Luis Ayalanı qəbul edib. Xarici İşlər Naziriliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı L.Ayala Azərbaycandakı inkişafın onda yüksək təəssürat yaratdığını qeyd edərək, xüsusilə qeyr-neft sektorunda böyük irəliləyişin nəzərə çarpdığını bildirib. Öz növbəsində, nazir E.Məmmədyarov respublika iqtisadiyyatının inkişafı və xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verən nazir E.Məmmədyarov münaqişənin həllində Azərbaycan tərəfinin yeniləşdirilmiş Madrid prinsiplərini əsas tutduğunu bildirib.  

 L.Ayala Azərbaycan kimi mühüm ölkə ilə Sosialist İnternasional arasında əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin onun təmsil etdiyi təşkilatın diqqət mərkəzində olduğunu qeyd edən qonaq bu münaqişənin tezliklə həllinə ehtiyacın olduğunu bildirib.

L.Ayala təşkilatın regional komitəsinin 2010-cu ilin iyun ayında İrəvanda keçirdiyi iclası barədə məlumat verib və növbəti iclasın Bakıda keçirilməsi imkanları ilə maraqlanıb. Qonaq bu iclası Bakıda keçirməklə rəhbərlik etdiyi təşkilatın Azərbaycan tərəfinin mövqeyinin dünya ictimaiyyətinə açıqlanmasına dəstək vermək arzusu kimi qiymətləndirib. Həmçinin görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 



   

Oxunub: 144     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
23.12.2011
 Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır – Türkiyə Prezidenti
16.12.2011
 Hulusi Kılıç: Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100