AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Təbiət

Şuşa (işğala qədər)

Xəritələr

Şuşa (işğala qədər)

Qarabağ xalçaları

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

Qarabağ abidələri
 
Araz Əzimov: “NATO təlimləri ilə bağlı Türkiyə-Ermənistan sərhədinin açılmasından söhbət getmir”
28.08.2010, 11:23

Şəklə tam ölçüdə bax“NATO təlimləri zamanı Türkiyə ilə Ermənistan arasında sərhədin açılması məsələsi NATO-nun gündəliyinə daxil olmayıb. Bu məsələyə baxılmayıb və müzakirə edilməyib”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov deyib.                   A. Əzimov bildirib ki, sərhədlərin açılacağı ilə bağlı deyilənlər kiminsə spekulyasiyasıdır və ya ortaya atdığı məslədir: “Ermənistanda NATO-nun və tərəfdaş dövlətlərin iştirakı ilə keçiriləcək bir tədbir haqqında planlaşma gedib. Planlaşma konfranslarında bu məsələ müzakirə olunmayıb. Müzakirələrin nəticəsi olaraq, NATO-ya tərəfdaş dövlətlərin bölmələrinin Türkiyədən Gürcüstan istiqamətindən və hava yolu ilə Ermənistana daxil olması haqqında planlar var. Amma bölmələrin Türkiyənin ərazisindən sərhədi keçməklə Ermənistana daxil olması məsələsi yoxdur. Hər bir halda söhbət Türkiyə-Ermənistan sərhədinin açılmasından getmir”.                                                                                Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi barədə açıqlamalara münasibət bildirən A. Əzimov deyib ki, Türkiyə Azərbaycanı həmişə dəstəkləyib: “Bizim əlaqələrimiz strateji xarakter daşıyır. Bu günə qədər əlaqələr inkişaf etdirilib. Bunu inkişaf etdirməyə də imkan var. Lakin ayrı-ayrı fikirlər səsləndirilə bilər. Əgər Türkiyə ilə Azərbaycan arasında hərbi protokolun imzalanmasından söhbət gedirsə, lazımı məsələlərin həll edilməsi üçün şəraiti yaradan sazişlər, müqavilələr və protokollar imzalanıb və bu proses davam etdirilir. “Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilə bilərmi” sualı yalnız Azərbaycanın niyyətindən, istəyindən və Türkiyənin hazırlığından asılı olan bir məsələdir. Hazırda isə belə bir məsələ yoxdur”.

 



   

Oxunub: 111     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
23.12.2011
 Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır – Türkiyə Prezidenti
16.12.2011
 Hulusi Kılıç: Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100