30.08.2010, 12:57
Qarabağ həqiqətlərindən və ermənilərin uydurmalarından bəhs edən yeni ekranlaşdırılmış “Dağlıq Qarabağ: Həqiqətlər, yalanlar...” adlı film sabah təqdim ediləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, filmin təqdimat mərasimi Strateji Araşdırmalar Mərkəzində keçiriləcək. “Dağlıq Qarabağ: Həqiqətlər, yalanlar...” filminin müəllifi millət vəkili Həvva Məmmədovadır.