AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Xəritələr

Şuşa bu gün

Təbiət

Şuşa (işğala qədər)

Abidələr

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

Qarabağ abidələri
 
Əhməd Davudoğlu: “İşğal edilmiş torpaqlar Azərbaycana qaytarılmadan bölgədə sülh mümkün deyil”
02.09.2010, 12:29

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu sentyabrın 1-də ölkəsinin şərq vilayətlərinə səfər edib və Azərbaycan sərhədini keçərək qısa müddət Naxçıvan Muxtar Respublikasında olub. APA-nın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, Ə. Davudoğlu Türkiyə-Ermənistan sərhədindəki Arpaçayda əllərini yuyub. Nazir jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan-Azərbaycan ixtilafının həlli ilə Qafqazda sülh və sabitlik yaranacaq.

O, bununla bağlı məsuliyyətin daha çox Ermənistanın üzərinə düşdüyünü söyləyib: “Azərbaycanın işğal altındakı torpaqları işğaldan qurtulduqdan sonra qarşılıqlı olaraq Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan sərhədlərinin açılması ilə bölgəyə rifah gələcək. İnşallah Arpaçay sülhün simvoluna çevrilər”.

Ə. Davudoğlu Dilucu sərhəd-buraxılış məntəqəsindən Naxçıvana keçib və muxtar respublikanın rəsmi şəxsləri ilə görüşüb.

Ə. Davudoğlu burada verdiyi bəyanatlarda Ermənistanla sərhədlərin yalnız erməni işğalına son qoyulmasından sonra açılacağını vurğulayıb. O, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova telefon edərək Ermənistan və Azərbaycan ordularının təmas xəttində itkilərə səbəb olmuş insidentlə maraqlanıb.

 

Dilucu sərhəd məntəqəsinin önəminə diqqət çəkən nazir bu nöqtənin eyni anda Türkiyə, İran və Azərbaycan arasında keçid qapısı olacağını bildirib. O, üç ölkə xarici işlər nazirlərinin bir neçə ay ərzində bu bölgədə görüşəcəklərini deyib: “Daimi sülh əldə edilərsə, bu torpaqlardan bərəkət fışqıracaq. Bu potensialdan Ermənistan da yararlanacaq. Ancaq işğal edilən torpaqlar Azərbaycana qaytarılmadan sülh mümkün deyil”.

 



   

Oxunub: 73     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
23.12.2011
 Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır – Türkiyə Prezidenti
16.12.2011
 Hulusi Kılıç: Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100