AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Şuşa bu gün

Xəritələr

Şuşa (işğala qədər)

Şuşa bu gün

Şuşa (işğala qədər)

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

 
Həvva Məmmədova: "Sarkisyanın bəyanatları əslində qorxunun əlamətidir"
03.09.2010, 13:28

«Azərbaycanlılar Qarabağa qayıdacaq və öz torpaqlarının sahibi olacaq. Ona görə də, ermənilərin seçim etmək vaxtı çoxdan çatıb». Milli.Az-ın verdiyi xəbərə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında «Azərbaycan Respublikası Dağlıq Qarabağın azərbaycanlı icması» İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Həvva Məmmədova Ermənistan prezidenti Serj Sarkisyanın son bəyanatlarına münasibət bildirərkən deyib.

H.Məmmədovanın sözlərinə görə, Ermənistanda hakimiyyətdə olanların əksəriyyəti qarabağlılardır. Onlar Qarabağda azərbaycanlı kəndlərinin işğal olunmasında, talan edilməsində, dinc insanların ölümündə iştirak ediblər. Bu terrorçu dəstənin başında bu gün Serj Sarkisyаn dayanır.

«Nəinki azərbaycanlılar, Ermənistanda yaşayan əhali də Sarkisyana nifrət edir. Çünki o, Ermənistanı ağır duruma salıb. Ermənistanda insanlar ac-yalavacdır, orduda isə hərcmərclik, fərarilik baş alıb gedir. Erməni hərbçiləri Azərbaycan tərəfinə keçir. Bütün bunlar göstərir ki, Ermənistan hakimiyyətinin başında terrorçu dayanıb. O, heç zaman dövlətin və millətin qədrini bilməz» - deyə H.Məmmədova vurğulayıb.

H.Məmmədova qeyd edib ki, bu gün Qarabağda yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin «Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqların mövzusu ola bilməz» fikrini tam dəstəkləyir.

Onun fikrincə, Sarkisyan Azərbaycan rəhbərinin mövqeyindən qorxuya düşüb: «Sarkisyanın ultimativ xarakterli bəyanatları əslində qorxunun əlamətidir. O, bilir ki, artıq dünya ictimaiyyəti həqiqəti anlamağa başlayıb. Dünya erməni yalanlarından doyub». 

 



   

Oxunub: 117     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
23.12.2011
 Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır – Türkiyə Prezidenti
16.12.2011
 Hulusi Kılıç: Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100