AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Abidələr

Şuşa (işğala qədər)

Şuşa (işğala qədər)

Təbiət

Şuşa (işğala qədər)

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

Qarabağ abidələri
 
İnquşetiya prezidenti: “Qafqazdakı münaqişələr qardaşcasına, dostcasına, üçüncü, dördüncü tərəflərin iştirakı olmadan həll edilməlidir”
03.09.2010, 16:44

Azərbaycanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedevi müşayiət edən İnquşetiya Respublikasının prezidenti Yunusbek Yevkurov Bakıda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Y. Yevkurov bildirib ki, Azərbaycanla Rusiya Federasiyasının Şimal Dairəsinə daxil olan subyektlər, o cümlədən İnquşetiya arasında əməkdaşlıq haqqında saziş imzalanacaq. O, daha çox aqrar-sənaye kompleksi, inşaat, turizm, mədəniyyət və idman sahələrində əməkdaşlığa maraq göstərdiklərini deyib.  

 Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandıran Y.Yevkurov İnquşetiyanın Rusiya Federasiyasının subyekti olduğuna diqqət çəkib: “Xarici siyasət bizim səlahiyyətimizdə deyil. Bu siyasəti prezident və xarici işlər nazirliyi müəyyənləşdirir. Mənim öz mövqeyim olsa da, hansısa qiymətləndirmə apara bilmərəm. Amma hesab edirəm ki, Qafqazdakı münaqişələr qardaşcasına, dostcasına, üçüncü, dördüncü tərəflərin iştirakı olmadan həll edilməlidir. Arzu edirəm ki, bu münaqişə yaxın vaxtlarda həll olunsun”.

Qonaq İnquşetiyada 1300-dən artıq azərbaycanlının çalışdığını, onların əksəriyyətinin bizneslə məşğul olduğunu söyləyib: “Bu faktor və qədim əlaqələrimiz münasibətlərin genişləndirilməsinə şərait yaradır. Biz çox istərdik ki, Azərbaycan biznesi bizim aqrar-sənaye kompleksinə cəlb olunsun. Biz məmnuniyyətlə kolxoz bazarlarının, iri ticarət mərkəzlərinin inşasını sizin sərmayəçilərinizə həvalə edərik. Orada həm yerli əhali, həm də Azərbaycan diasporunun nümayəndələri çalışa bilər. Mən sizin iş adamlarınızla görüşüb, onları Maqas şəhərində məscid tikintisinə cəlb etməyə çalışacağam”.

Y. Yevkurovun sözlərinə görə, Bakıda keçirilən görüşlər zamanı prezident İlham Əliyev deyib ki, Azərbaycan biznesmenləri Rusiyanın Krasnodar vilayətində çay fabriki və konserv zavodu inşa edirlər: “Biz də belə sərmayələrə etiraz etməzdik, şəkər, çay fabriklərinin inşa edilməsini istərdik. Orada qadınlar da çalışa bilər. Bizdə əhalinin məşğulluğu sahəsində bağlı problemlər var”. Azərbaycan-Rusiya sərhədindən kriminal ünsürlərin keçməsi haqda suala cavab verən İnquşetiya rəhbəri bu gün bu iki ölkə arasında sərhəd xəttinin təsdiqlənməsi haqqında sənəd imzalandığını qeyd edərək bunu tarixi hadisə kimi qiymətləndirib: “İstənilən sərhəddən həm normal insanlar, həm də cinayətkarlar keçir. Burada qorxulu bir şey yoxdur, hüquq-mühafizə orqanlarımız sıx əməkdaşlıq edir”.

Y. Yevkurov ötən il İnquşetiyada neytrallaşdırılan cinayətkar dəstənin tərkibində 2 azərbaycanlının da olduğunu təəssüflə vurğulayıb: “Mən o zaman demişdim ki, minlərlə azərbaycanlı buradakı bazarlarda, kənd təsərrüfatı, tikinti sahəsində halal zəhmətlə çalışır, amma bəziləri gəlib bir müddət yaşadıqdan sonra banditlərə qoşulur”.

 

 



   

Oxunub: 86     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
23.12.2011
 Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır – Türkiyə Prezidenti
16.12.2011
 Hulusi Kılıç: Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100