AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Abidələr

Abidələr

Qarabağ xalçaları

Təbiət

Təbiət

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

Qarabağ abidələri
 
Səməd Seyidov: “Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı sənədlərin BMT müstəvisinə çıxarılması Ermənistanda ciddi narahatlıq doğurur”
03.09.2010, 18:12

“Beynəlxalq təşkilatlarda Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı sənədlərin müzakirəyə çıxarılması çox vacib və əhəmiyyətlidir. Ona görə ki, dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda geniş məlumat əldə edir”. APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın işğal olunmuş ərazilərinə dair məsələnin BMT Baş Assambleyasında müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib.

Səməd Seyidov qeyd edib ki, dünya ictimaiyyəti bu məlumatları əldə etdikdən sonra işğal faktına münasibət bildirməlidir: “Bu məsələnin nüfuzlu beynəlxalq təşkilatlarda müzakirə edilməsi, bunun əsasında hansısa bir sənədin qəbul olunması öz-özlüyündə Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülən işlər üçün çox böyük əhəmiyyət kəsb edir”.

Komitə sədri artıq Ermənistanın təşvişə düşdüyünü də vurğulayıb: “Çünki BMT müstəvisində müzakirəyə çıxarılan bu məsələ Ermənistanı işğalçı kimi tanıtmaqla yanaşı Azərbaycanın diplomatik uğurudur. Məsələnin BMT müstəvisinə çıxarılması ilə bağlı Ermənistanda ciddi narahatlıq var. Onlar da çox gözəl başa düşürlər ki, bu sənədin qəbulu işğalçı dövlətin mövqeyini daha da zəiflədəcək. Bütün hallarda, bu sənəd vacibdir, əhəmiyyətlidir və nə qədər çox ölkə Azərbaycanın mövqeyini dəstəkləsə, bir o qədər yaxşıdır”.

 

 



   

Oxunub: 272     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
23.12.2011
 Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır – Türkiyə Prezidenti
16.12.2011
 Hulusi Kılıç: Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100