AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Xəritələr

Abidələr

Abidələr

Abidələr

Şuşa (işğala qədər)

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

Qarabağ abidələri
 
ATƏT-in Minsk Qrupunun həmsədrləri qoşunların təmas xəttində baş verən silahlı insidentlərə münasibət bildiriblər
06.09.2010, 14:10

ATƏT-in Minsk Qrupunun həmsədrləri atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlavə tədbirləri müzakirə etmək, tərəflərin kompromis əhval-ruhiyyəsini artırmaq və növbəti fəaliyyət planının hazırlanmasını başa çatdırmaq üçün sentyabrın 6-10-da Bakı, İrəvan və Dağlıq Qarabağa səfər edəcəklər.  APA-nın məlumatına görə, həmsədrlərin birgə bəyanatında qeyd olunur ki, həmsədrlər sentyabrın üçüncü ongünlüyündə Vaşinqtona, daha sonra Nyu-Yorka səfər edəcəklər.

Səfərin məqsədi BMT Baş Assambleyasının kuluarlarında münaqişə tərəfləri ilə işi davam etdirməkdir: “Bu intensiv fəaliyyət dövründə həmsədrlər bütün tərəfləri atəşkəs barədə razılaşmaya əməl etməyə, səbir nümayiş etdirməyə, tərəqqiyə nail olmağa imkan verəcək kompromis ruhunu möhkəmləndirmək üçün bütün mümkün addımları atmağa, qızışdırıcı xarakterli açıq bəyanatlar verməkdən çəkinməyə, ciddi dialoqun başlanması üçün siyasi iradə nümayiş etdirməyə çağırıblar”.

Bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədrləri qoşunların təmas xəttində baş verən son insidentlərə də münasibət bildiriblər: “İnsanların günahsız yerə həlak olmasından təəssüflənir və nazirlərin Almatı bəyanatını xatırlatmaq istəyirik. Bəyanatda bildirilir ki, güc tətbiqi mövcud situasiyanı yaradıb və təkrarən güc tətbiqi yalnız uzun illərdir davam edən iztirablara, dağıntılara və düşmənçiliyə gətirib çıxaracaq”.

 



   

Oxunub: 88     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
23.12.2011
 Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır – Türkiyə Prezidenti
16.12.2011
 Hulusi Kılıç: Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100