08.09.2010, 12:16
“Azərbaycana üçüncü dəfədir, səfər edirəm. Budəfəki səfər zamanı siyasi və iqtisadi sahəyə dair müzakirələrimiz olacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Niderland Krallığı Senatının sədri Rene van der Linden deyib. Son illər parlament diplomatiyasının rolunun xeyli artdığını qeyd edən qonaq bu istiqamətdə parlamentarilərin müxtəlif görüşlər keçirdiyini diqqətə çatdırıb.
Rene van ver Linden Dağlıq Qarabağ probleminin nizamlanması məsələsinə də toxunub: “Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində ölkəmin mövqeyinə gəlincə, biz hesab edirik ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli ilə bağlı təkliflə çıxış etməlidir. Bu məsələ sülh yolu ilə nizamlanmayınca, regionda bir sıra məsələlərin həlli çətinləşə bilər. Azərbaycan prezidenti bu məsələnin çözülməsində konstruktiv mövqe nümayiş etdirir”.