AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Abidələr

Xəritələr

Abidələr

Təbiət

Təbiət

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

Qarabağ abidələri
 
ABŞ-da Dağlıq Qarabağ münaqişəsinə dair simpozium keçiriləcək
18.09.2009, 04:35

Amerikanın Massaçusets ştatının Medford şəhərində sentyabrın 26-da Dağlıq Qarabağ münaqişəsinin yenidən qiymətləndirilməsi üzrə simpozium keçiriləcək. Konfransda məqsəd Amerika, Azərbaycan və Ermənistan ekspertləri və aralarında Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Elin Süleymanov, Azərbaycan Diplomatiya Akademiyasının nümayəndələri Anar Ziyadov və Fariz İsmayılzadənin də olduğu rəsmi şəxslərin iştirakı ilə münaqişənin nizamlanması yollarının müzakirə edilməsidir.

Müzakirə edilən əsas mövzular arasında Dağlıq Qarabağ sülh prosesinin regional reallıqlar kontekstində problem və perspektivləri, həmçinin ötən ilin avqust ayında Gürcüstanda baş verən müharibədən sonra Dağlıq Qarabağ münaqişəsi məsələsi olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Simpozium Cənub-Qərbi Asiya münaqişələrinin həlli və beynəlxalq danışıqlar üzrə proqram, Fletçer adına hüquq və diplomatiya məktəbinin islam sivilizasiyası proqramı, həmçinin Harvard hüquq məktəbinin danışıqların aparılması proqramının dəstəyi ilə baş tutacaq.


Əlaqəli məqalələr

   

Oxunub: 469     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
23.12.2011
 Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır – Türkiyə Prezidenti
16.12.2011
 Hulusi Kılıç: Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100