AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Abidələr

Şuşa bu gün


Təbiət

Təbiət

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

 
ABŞ dövlət katibinin müavini: Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli planı artıq neçə müddətdir bəllidir
19.09.2009, 17:48

ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyişə ümid edir və onun həllinə kömək etməyə hazırdır. APA-nın xəbərinə görə, bu barədə Corctaun Universitetində keçirilən konfransda çıxış edən ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns çıxış edib. “Biz ümid edirik ki, son vaxtlar prezidentlər Əliyev və Sarkisyanın danışıqlarında müşahidə olunan irəliləyişlər onların gələn ay keçiriləcək görüşündə müsbət nəticələrə gətirib çıxaracaq. Münaqişənin mümkün həlli planı artıq neçə müddətdir bəllidir. Amma detallar da çox vacibdir və sonrakı müzakirələr hər iki tərəfin maraqlarının təmin olunması baxımından zəruri sayılır. İnanırıq ki, bütün tərəflər danışıqların bitməsi və arzulanan sonluğa çatması üçün siyasi iradə nümayiş etdirəcək. Biz bu məqsədə çatmaq üçün vaxt və səylərimizi əsirgəməyəcəyik” – deyə U.Berns bəyan edib.

ABŞ dövlət katibinin müavini ölkəsinin münaqişənin həllində maraqlı olmasının göstəricisi kimi 36 illik diplomatik xidmət təcrübəsinə malik Robert Bradtkenin Minsk Qrupunun yeni həmsədri təyin olunmasını göstərib.

U.Berns çıxışında Türkiyə-Ermənistan münasibətləri məsələsinə də toxunub. Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olmasa da, Cənubi Qafqaz regionunun inkişafına təsir edəcək: “Bundan başqa, münasibətlərin normallaşması üçün Türkiyə və Ermənistan tərəfindən atılan tarixi addımlar ümidvericidir. Bu yaxınlaşma Dağlıq Qarabağ münaqişəsi bağlı olmasa da, hər iki proses Cənubi Qafqaz regionunu bölən və regional inkişaf imkanlarını məhdudlaşdıran köhnə problemlərin həllində mühüm əhəmiyyətə malikdir. əgər bu mübahisələr həll olunsa, region miqyasında əməkdaşlıq, inam və kommersiya inkişafı üçün yeni qapılar açılacaq”.

Qeyd edək ki, ABŞ-da səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov da Corctaun Universiteti tərəfindən təşkil olunmuş bu konfransda iştirak edib.

http://az.apa.az/xeber_ABSh_dovlet_katibinin_muavini:__164032.html

  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
23.12.2011
 Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır – Türkiyə Prezidenti
16.12.2011
 Hulusi Kılıç: Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100