AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Xəritələr

Şuşa bu gün

Şuşa (işğala qədər)

Şuşa (işğala qədər)

Abidələr

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

Qarabağ abidələri
 
ABŞ eksperti: “Bütün siqnallar oktyabrın 13-də Türkiyə ilə Ermənistanın diplomatik münasibətlərin əsasını qoyacaq razılaşma imzalayacağını göstərir”-MÜSAHİBƏ
20.09.2009, 08:47

Vaşinqton. Zaur Həsənov-APA. ABŞ eksperti Con Sitilidesin APA-ya müsahibəsi

- Azərbaycan və Ermənistan prezidentlərinin Moldovada oktyabrın 5-7-də baş tutacaq görüşündən konkret nəsə gözləyirsinizmi?

- Ermənistan-Azərbaycan münasibətlərinin tərkib hissəsi olan qarşılıqlı şübhələri və etibarsızlığı bir görüşlə düzəltmək olmaz. Lakin Azərbaycan və Ermənistan cəmiyyətlərinin böyük qüvvələri Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin kökündə duran çoxsaylı regional və qlobal problemlərin diplomatik yolla həllinə nail olmağa çalışırlar. Türkiyə, Avropa və ABŞ da diplomatik cəbhədə aktiv hərəkətə keçiblər.

Qeyd etdiyim regional və qlobal çağırışlar yalnız Türkiyə-Ermənistan yaxınlaşması ilə də həll olunmayacaq. Lakin bu vacib irəliləyiş münaqişə tərəflərinin bir-birinə qarşı əvvəlki qatı nifrət və marqalizasiya siyasətindən uzaqlaşmasına siqnal olacaq. Etnik zorakılıq, iqtisadi dirçəliş, siyasi qeyri stabilliklə bol olan regionda ideal nəticə əldə etmək arzusu münasibətlərin normallaşması ilə başlayır. Bu konfliktin çözülməsi, iqtisadi inteqrasiya, fərqlərin azadlıqlarını və qanunun aliliyini təmin edən siyasi demokratikləşmənin əsasını qoyacaq.

- Əgər prezidentlərin Moldova danışıqları heç bir nəticə verməsə, bu, Sarkisyanın Türkiyəyə oktyabrın 12-nə təyin olunmuş səfərini təxirə sala bilərmi?

- Qeyri-adi vəziyyətə və ya böhran təhlükələrinə baxmayaraq, Türkiyə-Ermənistan diplomatik prosesi, tərəflərin iradəsi və hərəkətlərindən asılı olaraq davam edəcək. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu öz bəyanatlarında xüsusi olaraq vurğulayıb ki, Azərbaycanla olan münasibətləri Ermənistanla yaxınlaşmadan ziyan çəkməyəcək. Bütün siqnallar ona dəlalət edir ki, oktyabr ayının 13-də Türkiyə ilə Ermənistan diplomatik münasibətlərinin əsasını qoyacaq razılaşma imzalayacaq.

- Protokollar imzalanandan sonra iki ölkənin parlamentləri onu paraflamalıdır. Əgər Ermənistan Azərbaycan danışıqlarında irəliləyiş olmasa, Türkiyə protokolların paraflanmasını uzada bilərmi?

- Türkiyə, həmçinin Ermənistanda protokolların paraflanması ilə bağlı şiddətli müzakirələrə baxmayaraq, böyük ehtimalla parlamentlər tərəfindən bu sənədlər dəstəklənəcək. Dağlıq Qarabağ münaqişəsində heç bir və ya az miqdarda irəliləyiş olsa problemlər yarana bilər. Çünki Türkiyə və Ermənistan şübhəli olacaqlar ki, münaqişə ilə bağlı əldə olunacaq uğurlar onların getdiyi güzəştlər, maraqlarının qurban verilməsi hesabına baş tutur. Türkiyə tərəfində baş nazir Ərdoğan açıq və sərt şəkildə bəyan etdi ki, Türkiyə-Ermənistan sərhədləri Dağlıq Qarabağ münaqişəsi həll olunmayana kimi açılmayacaq. Yəni diplomatik münasibətlər rabitə qurmaq, ideyalar mübadiləsi aparmaq, münaqişələrin çözülməsi üçün vasitə kimi istifadə oluna bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, burada heç bir təminat da yoxdur ki, münasibətlərin bərpası qarşıda duran məqsədlərə çatmaq üçün mütləq xidmət edəcək.

- Əgər Türkiyə parlamenti sənədləri dəstəkləməkdən imtina etsə, ABŞ-ın reaksiyası necə olacaq? ABŞ Türkiyəyə bununla bağlı təzyiq göstərə bilərmi?

- ABŞ 2003-cü ildə Türkiyə parlamentini öz ərazisindən İraqa qarşı müharibədə istifadə etməyə razılıq vermək üçün inandıra bilmədi. Baxmayaraq ki, bu Amerikanın milli maraqları üçün həyəti əhəmiyyət kəsb edirdi. Aydındır ki, ABŞ-ın Türkiyə təzyiq etmək imkanları məhduddur. Mən ehtimal edirəm ki, Obama administrasiyası və Konqresin əsas simaları Türkiyəni Ermənistanla münasibətlərin uzun müddətlik bərpası məqsədinə çatmaq üçün səy göstərməyə sövq edəcək. ABŞ Ermənistanı ruhlandırdığı bir vaxtda, rəsmi Vaşinqton Türkiyədən xahiş edəcək ki, o Azərbaycan üzərində olan nüfuzundan istifadə etsin ki, hər iki tərəf cəsarətli, vacib addımlar atsınlar ki, münaqişə öz həllini tapsın. Bu regionun bütün xalqlarına sülh, azadlıq və firavanlıq gətirəcək. 


Əlaqəli məqalələr

   

Oxunub: 525     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
23.12.2011
 Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır – Türkiyə Prezidenti
16.12.2011
 Hulusi Kılıç: Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100