AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Şuşa bu gün

Təbiət

Abidələr

Xəritələr

Xəritələr

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

 
Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
30.12.2011, 00:23

"Fransanın Avropa institutlarında, ATƏT-də, ATƏT-in Minsk qrupunda iştirakı məsələsi ilə bağlı Türkiyə Prezidenti Abdullah Gül təkliflə çıxış edib. Yəqin ki, Minsk qrupu toplananda bu məsələ müzakirə olunacaq", - Trend-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cümə axşamı jurnalistlərə bildirib.

Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbul etməsinə münasibət bildirən Həsənov deyib ki, bu bəzi dairələrin ermənilərdən türklərə qarşı istifadə etmək vasitəsidir. Onun fikrincə, bu hadisə Avropanın hazırkı inkişafı fonunda nonsensdir.

"Avropanın mərkəzində, Avropanın ictimai həyat normalarını müəyyən edən ölkədə düşüncə azadlığına görə insanları həbsə almaq, cərimə etmək orta əsr normalarına cavab verir", - PA rəsmisi deyib.

Ötən həftə Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib. Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib. Yeni qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.



   

Oxunub: 66     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
08.02.2012
 Rusiya və Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib
07.02.2012
 Dağlıq Qarabağ Münaqişəsi Azərbaycan müdafiə naziri müharibə ehtimalından danışdı
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100