20.01.2012, 10:44
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Ermənistan tərəfi hazır deyil və bu, münaqişənin həllində razılığın əldə olunmamasının əsas səbəbidir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Novruz Məmmədov deyib. PA rəsmisinin sözlərinə görə, münaqişənin həllinin sonrakı mərhələsini yanvarın 23-də Soçidə keçiriləcək prezidentlərin növbəti görüşünün nəticələri göstərəcək. Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın görüşü yanvarın 23-də Soçidə keçiriləcək.
Bu görüş RF Prezidentinin təşəbbüsü ilə təşkil olunan sayca onuncu görüş olacaq.