karabakhblog.com - http://karabakhblog.com
ATƏT rəsmiləri Cənubi Qafqaz səfərini Azərbaycanda tamamlayacaq
http://karabakhblog.com/articles/667/1/
Dərc olunub 09.03.2010, 09:30
 
ATƏT rəsmiləri Cənubi Qafqaz səfərini Azərbaycanda tamamlayacaq

Martın 9-da ATƏT Parlament Assambleyasının prezidenti Joao Soareşin Cənubi Qafqaz ölkələrinə səfəri başlayır. Qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin də daxil olduğu nümayəndə heyəti martın əvvəlcə Gürcüstanda, sonra Ermənistanda olacaq.

AzərTAc-ın məlumatına görə, ATƏT rəsmiləri Azərbaycana martın 13-də gələcəklər. Bakı görüşlərində Azərbaycanın ATƏT-dəki fəaliyyəti, regiondakı münaqişələr və digər vacib problemlər müzakirə olunacaq.