AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Şuşa (işğala qədər)

Şuşa bu gün

Abidələr

Şuşa bu gün

Şuşa (işğala qədər)

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

Qarabağ abidələri
 
Amerikalı ekspert: “Protokolların Türkiyə parlamentində ratifikasiyasına əsas maneə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmamasıdır”
09.03.2010, 12:10

 “Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin “erməni soyqırımı” ilə bağlı qərarı Türkiyə-Ermənistan protokollarının ratifikasiyasının və Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının sonu deyil”. Bunu APA-nın Vaşinqton müxbirinə açıqlamasında ABŞ-ın nüfuzlu düşüncə mərkəzlərindən biri olan RAND korporasiyasının Avropa təhlükəsizliyi şöbəsinin rəhbəri Stiven Larrabi deyib.

O bildirib ki, protokolların Türkiyə parlamentində ratifikasiyasına əsas maneə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmamasıdır: “Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyiş əldə olunmadan Türkiyə parlamentinin protokolları ratifikasiya etməsi ehtimalı azdır”. Analitikin fikrincə, Xarici Əlaqələr Komitəsindəki səsvermə Türkiyəni narahat etsə də, qətnamə Nümayəndələr Palatasında səsverməyə çıxarılmasa, ABŞ-Türkiyə münasibətlərində ciddi problem yaranmayacaq: “Komitədəki səsvermə yox, bütövlükdə palatadakı səsvermə vacibdir. Bəzi məlumatlara görə, Obama administrasiyası palatanın rəhbərliyi ilə qətnamənin səsverməyə çıxarılmayacağı barədə razılıq əldə edib. Əgər bu məlumatlar doğrudursa, gərginlik azalacaq”.

Siyasi elmlər doktoru, Nyu-Yorkda müxtəlif kolleclərdə siyasət, tarix və hüquq elmlərini tədris edən Mark Meirovitz isə hesab edir ki, komitənin qərarı lüzumsuzdur: “Məncə Xarici Əlaqələr Komitəsi tarixi hadisələri dəyərləndirmək üçün uyğun platforma deyil. Düşünürəm ki, erməni soyqırımı qətnaməsi ABŞ-Türkiyə münasibətlərini zədələyəcək. Bu sənədin heç bir əhəmiyyəti yoxdur və qəbul olunmamalıdır. Türkiyə hökuməti sakit olmalı, öz enerjisini Ermənistanla münasibətləri normallaşdırmağa sərf etməli, hadisələri araşdırmaq üçün komissiya yaratmalıdır. Nə qədər ki, Nümayəndələr Palatası qətnaməni qəbul etməyib, zərər məhdud olacaq. Hətta palata qətnaməni qəbul etsəydi belə, bu, tövsiyə xarakterli sənəd olacaqdı”.

 



   

Oxunub: 103     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
23.12.2011
 Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır – Türkiyə Prezidenti
16.12.2011
 Hulusi Kılıç: Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100