karabakhblog.com - http://karabakhblog.com
Rusiya və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
http://karabakhblog.com/articles/670/1/
Dərc olunub 09.03.2010, 13:27
 
Rusiya və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 8-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər Rusiya-Ermənistan tərəfdaşlıq münasibətlərinin bir sıra aktual məsələlərini, beynəlxalq və regional problemləri müzakirə ediblər. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin davam etdirilməsi mövzusuna xüsusi diqqət ayırıblar.