AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Şuşa (işğala qədər)

Qarabağ xalçaları

Xəritələr

Təbiət

Şuşa (işğala qədər)

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

 
Qoran Lenmarker: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etmək zamanıdır”
09.03.2010, 14:26

 “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiki vəziyyəti qərar qəbul etmək mərhələsi kimi dəyərləndirərəm”. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ və Gürcüstan üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker deyib.

Q. Lenmarker Gürcüstanda görüşləri başa çatdırandan sonra İrəvan və Bakıya səfərlər edəcəklərini bildirib: “Hər iki ölkənin prezidentləri də daxil olmaqla çox vacib görüşlər keçirəcəyik. Düşürəm ki, artıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı çatıb. Məncə, Minsk Qrupunun fəaliyyəti o deməkdi ki, problemin həlini tapmaq üçün baza mövcuddur. Amma burada hər iki ölkə başçısını və dövləti razı salacaq həll yolların tapılması əsas vacib məsələdir. Problemin həlli Azərbaycan üçün daha vacibdir. Çünki Azərbaycanın çoxlu sayda qaçqın və məcburi köçkünü var. Onların öz yurd-yuvalarına qayıtmaq hüququ bərpa olunmalıdır”.

Q. Lenmarker onu da deyib ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində tərəqqi müşahidə olunur: “ATƏT-in Minsk Qrupunun təklifləri əsasında xarici işlər nazirləri və prezidentlər səviyyəsində görüşlər davam etdirilir. Mən indiki vəziyyəti qərar qəbul etmək zamanı kimi dəyərləndirərəm. Hər iki prezident mövcud imkanları nəzərə alaraq, problemin həlli istiqamətində razılıq əldə olunmasına çalışmalıdır”.



   

Oxunub: 146     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
23.12.2011
 Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır – Türkiyə Prezidenti
16.12.2011
 Hulusi Kılıç: Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100