AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Şuşa (işğala qədər)

Şuşa bu gün

Abidələr

Şuşa (işğala qədər)

Abidələr

digər şəkillər

 

 

 

 

 

 

 

 

 
 

 

 
Qoran Lenmarker: “Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil”
10.03.2010, 14:44

ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin martın 13-16-da Azərbaycana səfəri ərəfəsində Trend News-a eksklüziv müsahibəsi

- Martın ortalarında Bakıya səfərinizdə əsas məqsəd nədir? Gündəliyə hansı məsələlər daxildir və onlardan hansının müzakirəsinə daha çox diqqət yetiriləcək?

- Mən martın 9-16-da ATƏT-in Parlament Assambleyasının prezidenti, cənab Joao Soareş ilə birlikdə Portuqaliyadan Cənubi Qafqaz ölkələrinə səfər etmək niyyətindəyəm. Məlum olduğu kimi, ATƏT PA regionda bəzi istiqamətlər üzrə fəaliyyət göstərir. Biz parlament dialoqunun genişləndirilməsi məqsədilə münaqişələrin gedişini müzakirə edirik, seçkiləri müşahidə edirik.

Səfər zamanı prezident Soareş və mən ümid edirik ki, qarşımızdakı prioritet və siyasi məsələləri, həmçinin, həll olunmayan münaqişələrin nizamlanması prosesində irəliləyişin mümkünlüyünü müzakirə edəcəyik.

- Yanvarda Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra elan olunub ki, münaqişə tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sənədin preambulasını razılaşdırıblar. Münaqişənin nizamlanması üzrə danışıqların növbəti raundundan nə gözləyirsiniz?

- Mən əvvəlki kimi Dağlıq Qarabağ-münaqişəsinin bu il nizamlanacağının mümkünlüyü ilə bağlı nikbin əhval-ruhiyyədəyəm. Razılaşdırılmış preambula yaxşı çıxış nöqtəsidir. Gözləntilərim belədir ki, Bakı və Yerevanın irəliləmək və məsələnin uzunmüddətli sülh yolu ilə həllinə nail olmaq üçün siyasi iradəsi var.

Zənnimcə, həm Azərbaycanda, həm də Ermənistanda başa düşüblər ki, ilk növbədə, söhbət insan əzablarından gedəndə həll olunmamış münaqişələr ağır başa gəlir. 2008-ci ildə Gürcüstanda baş verən qısa müharibə həll olunmamış münaqişələrin çox təhlükəli olduğunu hamıya xatırlatdı.

- Dağlıq Qarabağ münaqişəsinin həllində bu il ATƏT-in sədri kimi Qaxazıstanın rolunu nə dərəcədə əhəmiyyətli hesab edirsiniz? Belə ki, Qazaxıstan dondurulmuş münaqişələrin həllini öz fəaliyyətində prioritet sayır?

- Qazaxıstanın sədrliyi çox vacibdir. Qazaxıstan Sovet İttifaqından çıxmış dövlətdir və qazaxların təzə ideyaları, bu münaqişəyə yeni rakursdan baxışları ola bilər. ATƏT-in fəaliyyətdə olan sədri "dondurulmuş" münaqişələri öz fəaliyyətlərində prioritetlərdən biri seçib və mən bu qərarı tam dəstəkləyirəm. Hazırda əlverişli məqamdır və ATƏT rəhbərliyinin dəstəyi ilə həqiqətən irəliləyişə nail olmaq olar.

- Türkiyə-Ermənistan protokolları ilə əlaqəli son hadisələri nəzərə alaraq, siz hesab etmirsinizmi ki, ilkin olaraq bu iki prosesin - Türkiyə-Ermənistan yaxınlaşması və Dağlıq Qarabağ prosesinin əlaqələndirilməməsi səhvlik olub? Siz ölkələr arasında münasibətlərin yaradılması perspektivlərini necə qiymətləndirirsiniz?

- Mən Türkiyə və Ermənistan arasındakı əlaqələri və onlar arasında imzalanmış protokolları çox mühüm hesab edirəm və fikirləşirəm ki, real irəliləyiş mümkündür. Əlbətdə hazırda irəli atılacaq addım Ermənistan və Türkiyə parlamentlərindən asılıdır. Bütün bu proseslər yalnız Türkiyə və Ermənistan üçün deyil, həmçinin Qafqaz regionu və onun xaricindəki ölkələr üçün müsbət perspektivlər verə bilər.

Mən Ermənistan və Türkiyə xalqlarının qarşılıqlı fəaliyyət göstərməməsinə səbəb görmürəm. Əksinə, onlar arasındakı əlaqələr mehriban qonşuluq münasibətləri üçün lazımdır. Əhalinin və əmtəənin sərbəst hərəkəti üçün regionda sərhədlərin açılması təbii məqsəd olardı. Sərhədlərin bağlanması ancaq inkişafa mane olur.

- Dağlıq Qarabağ münaqişəsi zamanı dörd mindən çox azərbaycanlı itkin düşüb, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün olub. Həmin insanların hüquqlarını bərpa etmək üçün ATƏT-in Minsk qrupu çərçivəsində hansı mexanizmdən istifadə etmək olardı?

- Cənubi Qafqaz kifayət qədər qurban və dağıntılar görüb. İndi Dağlıq Qarabağ münaqişəsni həll etmək üçün cəsarət göstərməyin vaxtı çatıb. Bu, asan deyil, lakin alternativ olduqca baha başa gəlir. Münaqişənin hərb yolu ilə həll edilməsinə yol vermək olmaz, belə ki, bu, böyük dağıntılara, külli miqdarda qurbanlara və məcburi köçkünlərin yaranmasına gətirib çıxara bilər. Bu münaqişə dondurulmayıb, hər ay təmas xəttində adamlar həlak olur və bu cür davam edə bilməz.

Qərarın qəbul edilməsi hökumətlərdən asılıdır, ATƏT-in Mİnsk qrupu bu barədə onlara dəstək göstərir. Bu şəraitdə biz parlament üzvü kimi, həllə doğru dialoqları möhkəmləndirə və ictimaiyyəti hazırlaya bilərik. Biz bunun üzərində işləyirik,və buna görə də cənab Soareş və mən Bakıya səfər etməyə hazırlaşırıq.

 

/Trend News/

 



   

Oxunub: 122     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
24.01.2012
 IƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır
23.01.2012
 Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Soçi görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul ediblər
23.01.2012
 Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
20.01.2012
 Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil
18.01.2012
 Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri
30.12.2011
 Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsi müzakirə oluna bilər - Prezident Administrasiyası
29.12.2011
  Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri
28.12.2011
 2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN
23.12.2011
 Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır – Türkiyə Prezidenti
16.12.2011
 Hulusi Kılıç: Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 

twitter.com/karabakhblog
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100