09.09.2009, 18:51
Türkiyə - Ermənistan sərhədlərinin açılması və Dağlıq Qarabağ münaqişəsinn həllində tərəqqi eyni vaxtda baş verəcək. RİA-nın məlumatına görə, bu barədə Türkiyədə ingilis dilində nəşr olunan ”Today Zaman” qəzeti yazır. Qəzet qeyd edir ki, Rusyia DQ münaqişəsinin tez bir vaxtda həllinə çalışır. Heç kimdə şühbə doğurmur ki, Moskva Qarabağ münaqişəsinin həlli üçün Yerevana təzyiq edə bilər. Moskva Bakı ilə də sıx əlaqələr istəyir, Rusiya daha çox qaz və Gürcüstanın izolyasiyasını istəyir.
Türkiyə və Ermənistan arasında qarşıdan gələn 6 həftəlik siyasi məsləhətləşmələr hər iki tərəf üçün olduqca sərt keçəcək. Nəzərə almaq lazımdır ki, ermənilər və türklər uzun illər bir-birinə dümən kimi baxıblar. Hər iki ölkədə müxalifət partiyaları sərhədlərin açılmasını nəzərdə tutan protokolların parlamentdən keçməsini əngəlləyəcək.
Azərbaycanın bu məsələdə mövqeyi həlledicidir. Azərbaycan 6 ay ərzində davam edən bu oyunu izləyəcək. Lakin bir şey məlumdur ki, Qarabağ nizamlamasında tərəqqi olmadan sərhədlərin açılması əhali tərəfindən xəyanət kimi qəbul olunacaq.
Türkiyə və Ermənistan arasında münasibətlər əvvəlki kimi olmayacaq və buna görə də bundan qaçmaq üçün Qarabağ məsələsində möcüzə lazımdır və Anakra bu möcüzənin baş verməsi üçün var qüvvəsi ilə çalışır, artıq söhbətlər gəzir ki, tərəqqi qaçılmazdır. Bu, Qarabağın statusu ilə bağlı tərəqqi deyil, söhbət baza prinsiplərinə dair razılıq əldə olunmasıdır.
Əsas prinsiplər erməni qüvvələrinin dərhal işğal olunmuş 7 rayonun ərazisindən çıxarılmasını, məcburi köçkünlərin yürdlarına qayıtmasını və regiona beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsini nəzərdə tutur. Buna görə də istisna olunmur ki, erməni qoşunlarının ərazidən çıxarılmasına dair razılaşma ilə sərhədlərin açılması eyni vaxtda baş verə bilər.
Lakin hər şey bu proseslərdə Rusiyanın konstruktiv mövqeyindən və Moskvanın bu prosesləri istəyib-istəməməsindən asılıdır.
Ria.Az